28 mart 2026 09:37
146

Almaniya millisində debüt etdi

“Bavariya”nın futbolçusu Lenart Karl Almaniya millisində debüt edib.

“İki sahil” xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yığmanın İsveçrə ilə keçirdiyi yoldaşlıq oyununda ilk dəfə əsas komandada forma geyinib. Qarşılaşma “Sankt-Yakob Park” stadionunda baş tutub və Almaniya millisi 4:3 hesablı qələbə qazanıb.

Karl oyuna ikinci hissədə qoşulub. O, 63-cü dəqiqədə Leroy Saneni əvəzləyib. Həmin anda Almaniya yığması hesabda 3:2 öndə idi.

Qeyd edək ki, Lenart Karl cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.