25 mart 2026 18:59
163

UNEC İqtisadiyyat üzrə dünyada 250-ci yerə yüksəldi!

QS World University Rankings by Subject 2026 (QS İxtisaslar üzrə Dünya Universitetləri Reytinqi 2026) reytinqi açıqlandı. UNEC bu dəfə də mühüm nəticələr əldə edib.

Belə ki, UNEC geniş ixtisas olan Sosial Elmlər və Menecment sahəsində ən yaxşı universitetlər arasında yer alaraq dünyada 365-ci yerə yüksəlib. Bu rəqəm 2024-cü ildə 501-550, 2025-ci ildə isə 401-450-ci yer olub.

Ən önəmlisi isə UNEC 2023-2025-ci illərdə ancaq bir ixtisasla, 2026-cı ildə isə artıq 3 ixtisasla qlobal reytinqdə təmsil olunub.

UNEC dünyada İqtisadiyyat və Ekonometrika üzrə 201-250-ci, Biznes və Menecment üzrə 301-350-ci, Kompüter Elmləri və İnformasiya Sistemləri üzrə 751-850-ci ən yaxşı universitetdir. UNEC iqtisadiyyat və biznes sahəsində regionun lider universiteti statusunu təsdiqləyir.

UNEC-in bundan sonra da adını daha yüksək zirvələrə qaldıraraq, Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır!" tapşırığını uğurla icra edəcək.