Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində ölkə əhalisi sülh ilə mümkün müharibə arasında seçim etməli olacaq.
“İki sahil”yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentin sədri Alen Simonyan jurnalistlərə deyib. "Bəli, müharibə partiyası var və sülh partiyası var. 2026-cı il seçkiləri sülh və mümkün müharibə haqqında olacaq", - o deyib. Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, hazırda regionda "müharibə yoxdur, sülh var". O əlavə edib ki, Ermənistanın indiki hökuməti, "Vətəndaş müqaviləsi" - sülh partiyasıdır, qalanları, əsas müxalifət qüvvələri isə müharibə partiyalarıdır: "Reallıq belədir. Əgər insanlar hər hansı bir tələb irəli sürməli olduqlarını deyirlərsə, bu, müharibə adlanır".
Seutada sosial şəbəkələrdə yeni miqrant axını ilə bağlı çağırışlar narahatlıq yaradıb
Yaponiyada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib