18 noyabr 2026 22:51
67

Hondurasda iki silahlı hücum nəticəsində azı 12 nəfər öldürülüb

Hondurasın şimalında yerləşən Yoro departamentində baş verən iki silahlı hücum nəticəsində azı 12 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, hadisələrdən biri yerli vaxtla saat 02:00 radələrində Yorito bələdiyyəsinin El-Pakayal qəsəbəsində qeydə alınıb.

Naməlum şəxslər insanlara atəş açaraq bələdiyyə şurasının üzvü Yolanda Olveranı, onun həyat yoldaşı Elmeri, dörd yaşlı qızlarını və bələdiyyə əməkdaşı Klara Mexianı öldürüblər.

Bundan başqa, Vallecillo şəhərində gecə saatlarında daha səkkiz nəfər güllələnərək öldürülüb. İkinci hücumun təfərrüatları hələlik açıqlanmayıb.

Hər iki cinayətin motivi və hücum edən şəxslərin kimliyi hələ müəyyən edilməyib.