Ağdaş və Qəbələ rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsi üzrə Gülənbə, Aşağı Qəsil və Bəylik kəndlərini əhatə edən diametri 89 mm-lik qaz xətti nəqliyyat vasitəsi tərəfindən zədələnib. Qəza nəticəsində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə 21 mart 01:30-dan etibarən ümumilikdə 352 abonentin qaz təchizatı daxildən dayandırılıb.
Bundan başqa, Qəbələ rayonu Vəndam qəsəbəsində, P. Həşimov və Rüsyan küçələrində yerləşən qaz tənzimləyicisinin düzgün işləməməsi səbəbindən 21 mart isaat 05:00-dan etibarən 512 abonentin qaz təchizatı daxildən dayandırılıb.
Qeyd olunub ki, hər iki istiqamət üzrə aparılan işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO