19 mart 2026-cı il tarixdə Novruz bayramı münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına mədəniyyət və istirahət parkında ümumrayon bayram tədbiri keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə, həmçinin təşkilat rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir Bahar qızı və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başlamışdır. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə parkın ərazisində rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşkil edilmiş bayram guşələrinə baxış keçirmiş, Novruz bayramının rəmzi tonqalını alovlandırmışdır.
Daha sonra tədbir bayram konsert proqramı ilə davam etdirilmişdir.