20 mart 2026 01:28
91

İsmayıllıda ağır yol qəzası olub

İsmayıllıda ağır yol qəzası olub.

“İki sahil” xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda rayonun "Təndirxana" adlanan ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-21099"un sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Hər iki avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Hadisə yerinə yol polisi, təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.