20 noyabr 2026 21:04
158

“Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidədavam etdirib

 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsinin budəfəki dayanacağı Ağcabədi olub. “Gənclərlə, gənclər üçün” şüarı ilə öz işinə davam edən layihədə Ağcabədi gəncləri fəal iştirak ediblər. 

   Aşılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat, ictimai-siyasi vəhumanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova vəGənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək bu təşəbbüsün sadəcə gənclərin bilik və bacarıqlarının inkişafına deyil, eyni zamanda onların sosial aktivliyinin, milli birlik vəvətənpərvərlik ruhunun güclənməsinə xidmət etdiyini vurğulayıblar.

   Ağcabədi gəncləri üçün keçirilən 5 günlük zəngin proqram çərçivəsində 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici sessiyalar, eləcə də Ağcabədi PeşəMəktəbi tərəfindən sərgi təşkil edilib. Tədbir ərazisindəgənclərin yaradıcı potensiallarını üzə çıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, intellektual oyunlar vəviktorinalar təşkil olunub. Komanda əsaslı oyunlar vasitəsiləgənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm dəşəbəkələşməsinə şərait yaradılıb. Hər günün sonunda fəallığı iləseçilən iştirakçılar mükaftlandırılıb.

   Qeyd edək ki, əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etmək olan layihənin cari il üzrə ölkənin 20 şəhər və rayonunu əhatə etməsi hədəflənib.