19 mart 2026 23:00
78

Avtomobil piyadanı vuraraq öldürüb

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

“İki sahil” xəbər verir ki, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.