19 mart 2026 17:48
83

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlara müraciət edib.

“İki sahil” xəbər verir ki, Agentlik tərəfindən bildirilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna bilər. Bu baxımdan vətəndaşlara tövsiyə olunur ki, sifarişlərini planlaşdırarkən qeyd olunan dövrü nəzərə alsınlar və göndərişlərin çatdırılmasında mümkün gecikmələrə hazır olsunlar.

İKTA eyni zamanda qeyd edir ki, poçt rabitəsi xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklər barədə vətəndaşlar bayram günlərində də Agentliyin “E-Şikayət” sistemi vasitəsilə müraciət edə bilərlər.