19 mart 2026 16:57
104

Vüsal Qasımlı Qazaxıstanın “Magistral - ekspert forumu” verilişinin qonağı olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Qazaxıstanda nüfuzlu beynəlxalq ekspertlərin müzakirə platforması olan “Magistral - ekspert forumu” verilişinin qonağı olub.

“İki sahil” xəbər verir ki, verilişdə dünya logistikasının yeni konturları və geosiyasi qeyri-sabitlik şəraitində regionun inkişaf perspektivləri müzakirə olunub.

Dövlət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələri Avrasiyada mövcud geosiyasi proseslərin dünya ticarət arxitekturasına və nəqliyyat marşrutlarının yenidən bölüşdürülməsinə təsirini gündəliyə gətiriblər. Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və “Şimal–Cənub” marşrutlarının inkişafı, Aktau və Kurık limanlarının rolu, multimodal logistikanın perspektivləri, nəqliyyat sisteminin modernləşdirilməsi, tarif siyasətinin təkmilləşdirilməsi və sahənin rəqəmsallaşdırılması üzrə fikirlər səsləndirilib.

İİTKM-in icraçı direktoru  Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən nəqliyyat-logistika layihələri barədə məlumat verərək Orta Dəhlizin və Qazaxıstanla birgə layihələrin, o cümlədən transxəzər daşımalarının və limanların koordinasiyasının strateji əhəmiyyətini qeyd edib. Xüsusi diqqət “yaşıl dəhliz” konsepsiyasına yönəldilib. Bildirilib ki, Orta Dəhlizin  "yaşıl" və elektron dəhlizə çevrilməsi region ölkələri üçün yeni imkanlar açacaq.