19 mart 2026 14:32
87

ANAMA: Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir

Azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina riski davam edir.

“İki sahil” xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əhaliyə müraciətində qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən qəbiristanlıqlara Novruz Bayramı günlərində vətəndaş ziyarəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Bildirilib ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir:

"Vətəndaşlarımızın doğma torpaqlara və əzizlərinin məzarlarına baş çəkmək istəyini anlayışla qarşılayırıq. Lakin unutmayaq ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi hələ də mövcuddur. Qeyd edək ki, bir çox qəbiristanlıqlar minalanmış ərazilərdə yerləşir və bu kimi ərazilərdə mina hadisələri də baş verib. Bu səbəbdən hər kəsi səbirli olmağa və müvafiq dövlət qurumlarının müəyyən etdiyi qaydalara əməl etməyə, bələd olmadığınız ərazilərə daxil olmamağa çağırırıq".