17 mart 2026 17:51
130

“Enterprise Azerbaijan” portalının rəhbəri Qubada təlim keçib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Qubada “Şəhərsalma sahəsində startap və innovasiya ideyalarının formalaşdırılması” mövzusunda təlim keçib.

“İki sahil” xəbər verir ki, təlim zamanı müxtəlif ali təhsil müəssisələrindən cəlb olunmuş 150-dən çox tələbəyə şəhər mühitində innovativ yanaşmaların tətbiqi, startap ideyalarının formalaşdırılması və onların real problemlərin həllinə yönəldilməsi istiqamətində praktiki biliklər təqdim olunub.

İsa Qasımov “Enterprise Azerbaijan” portalının “Startup School 4: beş qitə, 500 startap” layihəsi ilə bağlı məlumat verib. Gənclər startap ekosistemində aktiv iştiraka və innovativ ideyalarını inkişaf etdirmək üçün mövcud imkanlardan yararlanmağa dəvət olunublar.

Təlim Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun maliyyə dəstəyi, BMT-nin Məskunlaşma Proqramının təşkil etdiyi Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının tərəfdaşlığı ilə həyata keçirilən “Bizim şəhərlər: gənclərin baxışı” layihəsi çərçivəsində təşkil edilib.