Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya səfər edəcək.
“İki sahil” "Sky News"a istinadən xəbər verir ki, bunu krallığın müdafiə naziri Con Hili söyləyib.
"Sabah Prezident Zelenskini ölkəmizdə qarşılamaqdan şad olacağıq", - o, parlamentdə deyib.
Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq tezliklə Zelenski ilə görüşəcəyini bildirmişdi.