21 noyabr 2026 15:46
71

Türkiyə parlamenti Avropa İttifaqı ilə vizasız rejimə dair son 6 meyarı müzakirə edəcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) Avropa İttifaqı ilə vizasız rejimə dair təklifləri müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, Ankara ilə Brüssel arasında aparılan Şengen zonasına vizasız səyahət hüququna dair danışıqlar prosesi çərçivəsində 72 meyardan son 6-sı üzrə təkliflər TBMM-yə təqdim olunacaq. Məsələ hazırda davam edən 2027-cil ilin dövlət büdcəsi müzakirələrindən sonra parlament gündəliyinə salınacaq.

Avropa İttifaqı 66 meyarı üzrə tələbləri qarşılayan rəsmi Ankaradan: Terrorizmə qarşı mübarizə qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması, “Avropol” hüquq-mühafizə agentliyi ilə əməkdaşlıq müqaviləsinin imzalanması, Avropa Şurasının antikorrupsiya monitorinq qurumu olan Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinin yerinə yetirilməsi, cinayətkarlıqla bağlı məsələlərdə bütün Aİ üzv dövlətləri ilə məhkəmə əməkdaşlığının təmin edilməsi, Readmissiya Sazişinin bütün aspektlərinin tətbiqi və Şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması istiqamətlərində də addımlar gözləyir.

Qeyd edək ki, 2023, 2024 və 2025-ci illərdə Türkiyə vətəndaşları üçün Şengen vizası müraciətlərinin qəbul nisbəti 85,4 faiz olub.