ABŞ İranın Xark adasında neft obyektləri istisna olmaqla, demək olar ki, bütün hədəfləri məhv edib.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Lakin o, gələcəkdə həmin obyektlərin də hədəfə alına biləcəyini istisna etməyib.
“Bildiyiniz kimi, biz Xark adasına hücum etdik. Lakin boru kəmərlərini toxunulmaz saxladıq. Biz bunu etmək istəmirdik, amma istəsək, beş dəqiqəlik xəbərdarlıqla bunu edə bilərik”, – deyə Tramp bildirib.