ABŞ-nin bir neçə müttəfiqi Yaxın Şərqdə Hörmüz boğazının yenidən açılmasına kömək etmək üçün yolda olduqlarını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. Onun sözlərinə görə, bəzi ölkələr bu məsələdə kifayət qədər həvəs göstərmirlər.
“Bu məsələdə həvəs səviyyəsi mənim üçün vacibdir. Mən onlara dedim: “40 ildir ki, biz sizi qoruyuruq, amma siz belə kiçik bir məsələyə qarışmaq istəmirsiniz?”, – deyə Tramp bildirib.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib