16 mart 2026 20:42
114

Fransada yüzlərlə reqbi azarkeşi bilet fırıldağının qurbanı olub

Reqbi üzrə Fransa milli komandasının yüzlərlə azarkeşi üçün Edinburqa səfər gözlədikləri kimi keçməyib. Komandanın məğlubiyyətindən əlavə, onlar saxta bilet fırıldağının qurbanına çevriliblər və stadiona daxil ola bilməyiblər.

“İki sahil” xəbər verir ki, yüzlərlə fransalı azarkeş stadiona buraxılmayıb. İnternet üzərindən sifariş edilən biletlər göndərilmədiyi üçün azarkeşlər matçı stadionda deyil, restoranda izləməli olublar.

Bildirilir ki, hadisə nəticəsində 500-dən çox azarkeş zərər çəkib. J.R.Delhaye adlı azarkeş yalnız biletlərə görə 1 800 avro (3 biletin hər birinə 600 avro), ümumi səfərə isə təxminən 5 000 avro xərclədiyini bildirib. Bilet satan şirkət dəymiş ziyana görə kompensasiya ödəniləcəyini bildirsə də, zərərçəkənlər hələ heç nə almadıqlarını deyirlər.

Analoji hal daha əvvəl daha əvvəl Cənubi Afrikada keçirilən reqbi matçı və Yunanıstanda basketbol oyunu ilə bağlı da yaşanıb. Azarkeşlər məhkəməyə müraciət etməyi planlaşdırır.

Vəkil Andre Slatkin bildirib ki, zərərçəkənlər yalnız biletlərin pulunu deyil, səfərlə bağlı digər xərcləri də tələb edə bilərlər: “Onlar təyyarə bileti alıblarsa, otel bron ediblərsə və ya matçı izləmək üçün digər xərclər varsa, bunlar da kompensasiya və zərər ödənişi tələbinə daxil edilə bilər.

Hadisə ilə bağlı Fransa Reqbi Federasiyası da azarkeşlərə dəstək verdiyini bildirib və məsələni prokurorluğa təqdim etdiyini açıqlayıb.