Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasdan sonra Xocavənd rayonunda “İmperium Agro MMC” bağçılıq təsərrüfatına baxış keçirilib.