Novruz bayramı münasibətilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub.
“İki sahil” xəbər verir ki, işğaldan azad olunmuş Xankəndidə keçirilən sayca 9-cu yarmarkanın əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd təsərrüfatı məhsullarına münasib qiymətlərlə əlçatanlığını təmin etməkdir.
Yarmarkada fermerlər tərəfindən müxtəlif çeşiddə 40 kənd təsərrüfatı məhsulu satışa çıxarılıb.
Qeyd edək ki, martın 17-dək davam edəcək “Kənddən Şəhərə” Novruz yarmarkasında iştirak edən fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən ödənişsiz şəkildə təmin olunurlar.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb