14 mart 2026 14:02
93

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir

Süni intellektin (AI) həyatımızın bir çox sahəsində faydaları var. Buna görə də AI və təhlükəsizlik məsələləri ciddi şəkildə müzakirə olunmalıdır.

“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzulu paneldə Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov deyib.

“Çinli mütəxəssislərin fikrincə, süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir. Eyni zamanda, silahların inkişaf etdirilməsi prosesində də mühüm rol oynayır. Bu səbəbdən mənalı insan nəzarəti prinsipi əsas tutulmalıdır. Xüsusilə ölümcül sistemlərin idarə olunmasında insan nəzarəti mütləq vacibdir. Bəzi sistemlər yalnız insanların ciddi və davamlı nəzarəti altında tətbiq edilməlidir”,- deyə sabiq xarici işlər naziri vurğulayıb.