İranın hüquq-mühafizə orqanları ölkənin silahlı qüvvələri haqqında məxfi məlumat ötürməkdə şübhəli bilinən dörd nəfəri həbs edib. “İki sahil” yazır ki, bu barədə İranın dövlət televiziyası (IRIB) məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar raket və bomba anbarları haqqında məlumat ötürüblər. Onlar məlumatları telefonlarında saxlayıblar.
Bir müddət əvvəl “Fars” xəbər agentliyi təhlükəsizlik qüvvələrinin İranın mərkəzi Qum şəhərində interneti qanunsuz paylaşdığına görə 13 nəfəri saxladığını bildirmişdi. Qeyd edilmişdi ki, saxlanılanlardan üç ədəd “Starlink” cihazı müsadirə edilib.
İranda açıq internetə giriş İsrail və ABŞ-ın hərbi əməliyyat başlatdığı 28 fevraldan bəri bloklanıb. İslam Respublikasında “Starlink” də daxil olmaqla peyk internet avadanlıqlarının istifadəsi 2025-ci ilin iyun ayında yəhudi dövləti ilə baş verən əvvəlki münaqişədən sonra qadağan edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”