13 mart 2026 21:37
127

Təhlükəsizlik tədbirləri gücləndirilir -  Birgə təlim

Cari ilin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Ağstafa Regional İdarəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə praktiki təlim keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SOMDA məlumat yayıb.

Bildirilib ki, təlimdə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və “BP Caspian Sea Exploration ltd” şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi xidməti ərazidəki strateji obyektə qarşı terror-təxribat zamanı və digər fövqəladə vəziyyətlərdə əməliyyat qərargahının qurulması, operativ təhlükəsizlik tədbirlərinin tətbiqi, mümkün risk və qəsdlərin vaxtında müəyyən edilərək qarşısının alınması, habelə təxliyə ilə bağlı praktiki vərdişlərin formalaşdırılması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, birgə fəaliyyətin təşkili sahəsində təcrübənin inkişafı, koordinasiyanın və nəzarət mexanizminin təkmilləşdirilməsi olub.