13 mart 2026 11:57
94

Kapitalizmin sonu yaxınlaşır

Kolumbiya prezidenti Gustavo Petro kapitalizmin sonunun yaxınlaşdığını və bu sistemin mümkün süqutunun dinc şəkildə baş verməyəcəyini bildirib.

“İki sahil” xəbər verir ki,  o, bu barədə "Politico" nəşrinə verdiyi müsahibədə danışıb.

Petronun sözlərinə görə, dünya elə bir mərhələyə çatıb ki, mövcud iqtisadi sistem tədricən tükənir və onun sonu münaqişələr və zorakılıqla müşayiət oluna bilər.

“Biz elə bir dünyaya çatmışıq ki, burada kapitalizmin sonu yaxınlaşır. Onun süqutu dinc olmayacaq. Görünür ki, bu proses bombalar və zorakılıqla əlaqəli olacaq”, – deyə Kolumbiya prezidenti qeyd edib.

Petro hesab edir ki, müasir qlobal iqtisadi model ciddi böhran yaşayır və bu vəziyyət gələcəkdə beynəlxalq münasibətlərə və dünya siyasətinə də təsir göstərə bilər.