Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə şəxs Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.
“İki sahil” xəbər verir ki, BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb.
BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb.
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb