12 mart 2026 12:13
108

Tatyana Valovaya: Son hadisələr bizə regional sabitliyin necə həssas olduğunu xatırladır

Belə forumlar müxtəlif baxışları bir araya gətirərək fikir mübadiləsi aparmaq və əməkdaşlıq yollarını araşdırmaq baxımından mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya deyib.

"Son hadisələr bizə regional sabitliyin necə həssas olduğunu xatırladır. Bu cür böhranların beynəlxalq sistemdə necə əks-səda doğuraraq sülhü və təhlükəsizliyi zəiflətdiyini bir daha yada salır", - deyə o, əlavə edib.

Tatyana Valovaya hökumətlərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin qlobal çağırışların həlli üçün bir araya gəlmələrinin vacibliyini vurğulayıb.

"Qarşımızda duran çağırış keçmişi yenidən bərpa etmək deyil, daha mürəkkəb və qarşılıqlı dünyada fəaliyyət göstərə biləcək əməkdaşlıq formaları qurmaqdır. Bölünmələri aradan qaldırmaq gələcəkdə daha sabit və davamlı münasibətlərin formalaşması üçün vacibdir", - deyə Baş direktor bildirib.