Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 2026-cı ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsini davamlı şəhərsalma və dayanıqlı şəhər inkişafı üzrə qlobal səylərə əhəmiyyətli töhfə kimi alqışlayıblar.
“İki sahil” xəbər verir ki, bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında yer alıb.
Prezidentlər Forumdan müvafiq sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını dərinləşdirmək üçün istifadə etməyə hazır olduqlarını bildiriblər.
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO