11 mart 2026 17:16
158

Bəxtiyar Aslanbəyli: bp Azərbaycan kinosu ilə bağlı layihəni dəstəkləməkdən qürur duyur

"bp mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyur.

"İki sahil" xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıda bp-nin maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) layihəsinin təqdimatında çıxışı zamanı deyib. O, sözügedən layihə ilə bağlı təəsüratlarını bölüşüb: "Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik İctimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb".

Orxan Vahidoğlu, "İki sahil"