Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub.
Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:
"Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - deyə MN-in bəyanatında vurğulanıb.
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO