8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən məlumatlandırma günü çərçivəsində SOCAR-ın xanım əməkdaşları “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izləyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi "Facebook" səhifəsində məlumat verilib.
Qeyd edilib ki, xalq artisti Eyyub Yaqubovun ifasında böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin xatirəsinə həsr olunan tamaşa klassik musiqi və poeziyanın vəhdətində milli-mənəvi dəyərlərimizi tərənnüm edir.
Milli mədəniyyətimizin və ədəbi irsimizin təbliğinə xidmət edən bu layihəyə görə təşkilatçılara təşəkkür edilib.
İdarəetmədə qadınların rolu və enerji sektorunda inklüziv inkişafı müzakirə olunub
“SOCAR Türkiyə” insan resurslarına yatırımı Türkiyənin enerji gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirilir