Azərbaycan və Ermənistan arasında davamlı sülh və sabitlik, eləcə də regional əməkdaşlıq istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuata açıqlamasında bildirib.
“Bu addımlar Cənubi Qafqazda sülhün artıq praktik müstəvidə öz əksini tapmağa başladığını göstərir. Bu dinamikanın qorunması və ən qısa zamanda daimi sülh sazişi ilə tamamlanması ən böyük arzumuzdur”, - deyə nazir qeyd edib.
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO