Qəbələ Rayon Mərkəzi Xəstəxanasında növbəti mürəkkəb cərrahi prosedur - ilk dəfə total splenektomiya əməliyyatı uğurla icra olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, həkim cərrah Fariz Abdullayev, assistent həkim cərrah-uroloq Elçin Bağırlı və həkim anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra edilən total splenektomiya əməliyyatından sonra paseyent sağlamlığına qovuşub.
Səhiyyə müəssisəsindən bildirilib ki, 2003-cü il təvvəllüdlü (kişi cinsli) pasiyentə dalağın iriölçülü exinokok kistası diaqnozu təyin olunub və cərrahi əməliyyat tövsiyə edilib.
Müalicəsi müəssisənin cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
YAP Kürdəmir rayon təşkilatı “Hərbi şəhərcik” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib
Nəzarətsiz və təhlükəli rəqəmsal kontent uşaqların psixoloji durumuna ciddi təsir edir - ŞƏRH
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında heyvan xəstəliklərindən azad zonaların sərhədləri müəyyənləşdirilib