2 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb. Bu xüsusda, “upstream” layihələri, o cümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) və NAG (Sərbəst Qaz), “Şahdəniz kompressiya”, “Qarabağ”, “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) və “Şəfəq-Asiman” layihələri üzrə görülən işlər müzakirə olunub. Tərəflər üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanlarını nəzərdən keçiriblər.
Söhbət zamanı “midstream” və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO
Bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi oldu
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır