02 mart 2026 15:28
133

İlqar Hacıyevə 15 il qiyabi həbs cəzası verildi

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin qiyabi icraat üzrə aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, İlqar Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda təqsirli bilinib. Ona qiyabi 15 il həbs cəzası verilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İ.Hacıyev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Hacıyev dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa gəlməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb.