Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xocalı sıyqırımının 34-cü ildönümü ilə bağlı ingilis dilində press-reliz yayıb.
“İki sahil” xəbər verir ki, yazıda bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşilik beynəlxalq səviyyədə insanlığa qarşı cinayət və ya soyqırımı aktı kimi beynəlxalq hüququn kobud şəkildə pozulması kimi pislənib.
Qeyd olunur ki, Azərbaycan münaqişə zamanı mülki şəxslərə və digər qorunan şəxslərə qarşı törədilmiş ağır cinayətləri araşdırmaq və məhkəməyə vermək üçün milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq qətiyyətli addımlar atıb. Bu ayın əvvəlində Azərbaycandakı məhkəmələr əvvəlki münaqişədən qaynaqlanan bir sıra cinayət işləri üzrə qərarlar çıxararaq dəhşətli cinayətlərdə məsul şəxsləri ədalət mühakiməsinə cəlb edib.
“Lakin cinayətkarların əksəriyyəti digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq cəzasız qalıblar. Məsuliyyət danılmazdır və törədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır. Eyni zamanda, cəzasızlıqla mübarizə əsl barışıq yolunun vacib bir tərkib hissəsidir və bu, dəhşətli əməllərin təkrarlanmasının qarşısını almağa kömək edir. Azərbaycan ədalətin təmin edilməsi, regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi üçün səylərini davam etdirəcək”,- deyə bəyanatda vurğulanır.
Ceyhun Bayramov: Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir
Ceyhun Bayramov: Azərbaycana da ATƏT-ə sədrliklə bağlı təkliflə müraciət olunub