26 fevral 2026 12:23
125

Amerikalı idmançı Ceff Qallouey vəfat edib

Amerikalı yüngül atlet və məşqçi Jeff Galloway 80 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Runner's World jurnalı məlumat yayıb.

Ceff Qallouey ABŞ-ın olimpiya yığmasının tərkibində çıxış edib və öz dövrünün ən güclü uzun məsafə qaçışçılarından biri hesab olunub. 1970-ci illərdə o, 10 mil (16 km) məsafəyə qaçış üzrə ABŞ rekordu müəyyənləşdirərək ölkənin aparıcı idmançılarından biri kimi tanınıb.

Daha sonra idmançı daha uzun məsafələrə, o cümlədən marafon qaçışlarına yönəlib, ardınca isə məşqçilik fəaliyyətinə başlayıb. O, qaçış və piyada hərəkətin növbələşdirilməsinə əsaslanan məşq metodikası ilə geniş məşhurluq qazanıb və müxtəlif yaş və fiziki hazırlıq səviyyəsinə malik minlərlə insanın qaçışla məşğul olmasına töhfə verib.

Ceff Qallouey ABŞ-da kütləvi qaçış hərəkatının inkişafında mühüm rol oynayıb, peşəkar idman təcrübəsini maarifləndirici fəaliyyətlə birləşdirib.