WUF13-ə hansı ölkələrə dəvət nəzərdə tutulursa, o ölkələr də dəvət ediləcək.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, tədbir çərçivəsində Liderlər sammiti də təşkil olunacaq:
“Təbii ki, bütün dünya liderlərinə dəvət getmir. Buraya əsasən Azərbaycanla əməkdaşlığı olan, öz ölkələrində layihələr həyata keçirən, dəstəyə ehtiyacı olan dövlətlərin liderləri dəvət olunur. Ermənistan liderinə gəlincə isə, hazırda məndə belə bir məlumat yoxdur”.
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb
Vüqar Rəhimzadə: Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir