26 fevral 2026 11:01
150

XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik

"Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqədəyik”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan vətəndaşları tərəfindən hansısa müraciətin olması barədə məlumat daxil olmayıb: "Səfirlik fəaliyyətdədir. Biz Meksika rəhbərliyi tərəfindən vəziyyətin normallaşması ilə bağlı açıqlamaların da şahidi olduq”.

Qeyd edək ki, Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan "Xalisko Yeni Nəsil” kartelinin lideri, "El Menço" ləqəbli Nemesio Oseguera Servantes hərbi əməliyyat nəticəsində öldürülüb. Əməliyyatdan sonra qruplaşma üzvləri Xalisko və digər ştatlarda çoxsaylı nəqliyyat vasitələrini yandırıblar.

Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında toqquşmalar baş verib.