İsrailin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
“İki sahil” xəbər verir ki, müvafiq paylaşım səfirliyin "X" sosial media hesabında dərc edilib.
"Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin", - paylaşımda qeyd olunub.
Ceyhun Bayramov: Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir
Ceyhun Bayramov: Azərbaycana da ATƏT-ə sədrliklə bağlı təkliflə müraciət olunub