24 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood” şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də “midstream”, “upstream”, “downstream”, bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyaları başa çatıb
Gənc media nümayəndələri SOCAR-ın dekarbonizasiya strategiyası və yaşıl enerji gündəliyi barədə məlumatlandırılıblar - FOTO