20 fevral 2026 17:27
192

Sumqayıt, Abşeron və Qaradağın bir hissəsində 2 gün su olmayacaq

Sumqayıt, Abşeron və Bakının Qaradağ rayonunun bir hissəsində magistral su kəmərində yaranmış qəzalı vəziyyətlə bağlı təmir işlərinə başlanılır.

"İki sahil" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə fevralın 22-si saat 22:00-dan, fevralın 24-ü gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.

Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.