20 fevral 2026 15:26
244

Qubanın kəndində qadını sahibsiz it dişləyib 

Qubanın kəndində qadını sahibsiz it dişləyib.

Bu barədə "İki sahil"in Şimal bürosuna Quba Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib

19.02.2026-cı il tarixində saat 13:00 radələrində it dişləməsi səbəbilə 1 nəfər (qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə bədənin çoxsaylı açıq dişlənmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə rayonun İqrığ kəndində qeydə alınıb. 

Aydın Adıgözəlov,
"İki sahil"in Şimal bürosundan