Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
İsmayıllı “DOST Evi” tərəfindən Basqal qəsəbəsində sərgi-satış yarmarkası keçirilib