ABŞ-nin vitse-prezidenti Cey Di Vens Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətindəki səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, o, bunu Sülh Şurasının ilk iclasında bəyan edib.
"Etdikləriniz inanılmazdır. Burada toplaşan bütün liderlərə, gələcəyə və sülhə investisiya qoyan hər kəsə minnətdarıq. Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini xüsusilə qeyd etmək istəyirəm, onlarla keçən həftə görüşmüşdüm. Bunu mümkün etdiyiniz üçün və gerçək liderliyin nəyə nail ola biləcəyini nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirəm. Səyləriniz üçün ikinizə də minnətdaram", - Vens qeyd edib.
Onun sözlərinə görə, hərbi əməliyyatları bir kənara qoyub insanlara və rifaha sərmayə yatıranda böyük işlər görmək mümkündür.
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib YENİLƏNİB
Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib
Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribat xarakterli hərəkətlərin qarşısı alınıb
Hikmət Hacıyev: 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur