Fici adasının şərq sahillərində 5 maqnitudada zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri okeanda, 130 mindən çox insanın yaşadığı Vanua-Levu sahillərindən 100 kilometr şərqdə, ocağı təxminən 530 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Peter Macyar Ukraynanın Avropa İttifaqına tələsik qəbulunu dəstəkləməyəcəklərini bildirib