Fevralın 19-da Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.
"Azərişıq ASC"dən “İki sahil” bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Arzu edərdik ki, fəaliyyətini dövrün tələblərinə uyğun quran media orqanlarının sayı daha çox olsun- Rəşad Məcid
Süni intellekt jurnalistikada: köməkçi alət, yoxsa informasiya risklərinin güzgüsü? - RƏŞAD MƏCİDİN MÖVQEYİ