18 fevral 2026 23:23
113

Ağ Ev: Sabah ABŞ Prezidenti Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək

Sabah ABŞ Prezidenti Donald Tramp Donald Tramp adına Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iclasda Tramp üzv dövlətlərin Qəzzanın humanitar və yenidənqurma səylərinə 5 milyard dollardan çox vəsait ayırdığını, həmçinin qəzzalıların təhlükəsizliyini və sülhü qorumaq üçün beynəlxalq sabitləşdirmə qüvvələrinə və yerli polisə minlərlə işçi göndərəcəyini açıqlayacaq.