18 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baker Hughes” şirkətinin neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişin əhəmiyyəti qeyd olunub, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO
Bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi oldu
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır