Türkiyədə Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası "Terrorsuz Türkiyə" adlı hesabatı səsə qoyaraq qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərliyi ilə komissiya sonuncu dəfə sözügedən məsələni müzakirə edib.
Hesabatda ön plana çıxan əsas mövzular unitar dövlət quruluşu, ərazi bütövlüyü, Türkiyə türkcəsinin rəsmi dil statusu və dünyəvi Respublika prinsipinin qorunmasıdır.
Həmçinin Yeni bir Konstitusiyanın qəbul edilməsi, Türkiyə Böyük Millət Məclisinin daxili nizamnaməsi, siyasi partiyalar haqqında qanun və seçki qanunlarında dəyişikliklər edilməsi təklif olunur.
Eləcə də Türkiyəyə illik 100–340 milyard dollar həcmində itkilərin və regional inkişaf fərqlərinin aradan qaldırılması istənilir.
Türk–Kürd qardaşlığı tarixi bir tale birliyi kimi qiymətləndirilir və həll yolu "qardaşlıq hüququ" anlayışı ilə izah olunur.
PKK-nın özünü buraxdığı və silahı yerə qoyduğu dövlət tərəfindən təsbit edildikdən sonra təşkilat üzvləri ilə bağlı ayrıca qanun layihəsinin hazırlanması təklifi irəli sürülür.
ABŞ dövlət katibi Raul Kastronun nəvəsi ilə gizli şəkildə danışıqlar aparır - İDDİA