Cenevrədə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması üzrə danışıqlar ikitərəfli və üçtərəfli formatda aparılıb, o cümlədən Rusiya və ABŞ nümayəndələri arasında söhbət baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya danışıqlar qrupundakı mənbə bildirib.
"Cenevrədəki bugünkü görüşlər həm ikitərəfli, həm də üçtərəfli xarakter daşıyıb: dialoq Rusiya-Amerika, Rusiya-Ukrayna və Rusiya-Amerika-Ukrayna danışıqları formatında baş tutub", - deyə mənbə bildirib.
Qeyd olunub ki, danışıqların iştirakçıları təmasları fevralın 18-də davam etdirmək barədə razılığa gəliblər, fevralın 17-nə olan məsləhətləşmələr isə başa çatıb.
"Danışıqlar çox gərgin keçdi. Altı saat davam etdi. Hazırkı məqamda başa çatdı", - mənbə qeyd edib.
Çin İkinci Dünya Müharibəsinin yekunlarına yenidən baxılması cəhdlərinə qarşı çıxacaq
Nazirlər Mertsə Rusiyaya qarşı tələsik ittihamlar irəli sürməməyi məsləhət görüblər